Azeri Light neftinin qiyməti 103 dolları keçdi

Azeri Light neftinin qiyməti 103 dolları keçdi

Azərbaycanın ixrac etdiyi Azeri Light crude markalı neftin qiyməti 103 dolları keçib.

Son ticarət əməliyyatlarında bir barel Azeri Light neftinin qiyməti 8,41 dollar və ya 8,90% artaraq 103,03 dollar səviyyəsinə yüksəlib.

Qeyd edək ki, Azeri Light neftinin tarixdə ən aşağı qiyməti 21 aprel 2020-ci ildə qeydə alınıb və həmin vaxt bir barel 15,81 dollar olub.

Eyni zamanda, bu markanın ən yüksək qiyməti isə 2008-ci ilin iyul ayında qeydə alınıb. Həmin dövrdə Azeri Light neftinin qiyməti 149,66 dollar/barel səviyyəsinə çatmışdı.

Analitiklərin fikrincə, son qiymət artımı əsasən qlobal enerji bazarlarında yaranan gərginlik və Yaxın Şərqdəki münaqişə fonunda təklif risklərinin artması ilə əlaqədardır.