Azerlight 122$ oldu

Azerlight 122$ oldu

ABŞ və İsrailin İrana hücumu və başlayan müharibə nəticəsində Azərbaycan nefti də bahalaşıb.

portfel.az xəbər verir ki, martın 19-da London birjasında keçirilən hərraclarda "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 4,91  dollar və ya 4,17 % artaraq 122,7 dollara yüksəlib.

Brent markalı neftinin qiyməti isə 117,4 $ olub.

Xatırladaq ki, Azərbaycanın 2026-cı ilin dövlət büdcəsində neftin qiyməti bir barel üçün 65 dollardan hesablanıb.