BƏƏ-də Ruwais neft zavoduna dron hücumu
portfel.az xəbər verir ki, Abu Dhabi National Oil Company (ADNOC) Birləşmiş Ərəb Əmirliklərində yerləşən Ruwais refinery kompleksində baş verən insidentdən sonra obyektə dəyən ziyanı qiymətləndirir.
Məlumata görə, Ruwais neft emalı zavodu gündə təxminən 922 min barel xam neft emal etmək gücünə malikdir və regionun ən böyük enerji obyektlərindən biri hesab olunur.
Hadisə ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hücumlardan sonra Yaxın Şərqdə yaranan gərginlik fonunda baş verib. Region üzrə enerji infrastrukturlarına qarşı hücumlar nəticəsində artıq bir sıra fasilələr qeydə alınıb.
Keçən həftə Saudi Aramco ölkənin ən böyük neft emalı zavodlarından birinin fəaliyyətini dayandırmışdı. Eyni zamanda, Qatar pilotsuz uçuş aparatları ilə həyata keçirilən hücumlardan sonra dünyanın ən böyük LNG ixrac obyektlərindən birini bağlamağa məcbur olmuşdu.
Hadisə ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.
Bu arada Abu Dhabi Media Office bildirib ki, BƏƏ-də Ruwais sənaye zonasındakı obyektlərdən birində pilotsuz aparat hücumundan sonra baş verən yanğının söndürülməsi istiqamətində əməliyyat aparılıb.
Ruwais sənaye zonasında neft emalı zavodundan əlavə gübrə zavodu, kimya müəssisələri və elektrik stansiyası da yerləşir. Bundan başqa, əraziyə yaxın məsafədə böyük neft ixrac terminalı fəaliyyət göstərir.
Teqlər: