Brent markalı neft 110 dollar olub
Cümə axşamı ABŞ-İran müharibəsində gərginliyin artması qlobal bazarlarda satış dalğasına səbəb olub. Neft qiymətləri qısa müddətə 119 dollar/barrel səviyyəsinə yüksələrək inflyasiya risklərini artırıb və investorlar arasında “riskdən qaçış” əhval-ruhiyyəsini gücləndirib.
Cümə günü səhər saatlarında isə neft qiymətləri yenidən 110 dollar/barrel səviyyəsindən yuxarı qalxıb. Bu, ABŞ-ın maliyyə naziri Scott Bessent-in İran neftinə tətbiq olunan sanksiyaların yumşaldıla biləcəyi ilə bağlı açıqlamasına baxmayaraq baş verib.
Brent markalı neftin may fyuçersləri 1,3% artaraq 110,28 dollar/barrel olub. ABŞ-ın West Texas Intermediate (WTI) markalı nefti üzrə aprel fyuçersləri isə 0,1% artaraq 96,20 dollar səviyyəsinə yüksəlib.
Teqlər: