Hörmüz boğazında gəmi trafiki kəskin artdı

Hörmüz boğazında gəmi trafiki kəskin artdı

İstinad edilən indekslər:

Hörmüz Boğazında dünən 70 ticarət gəmisinin keçidi ilə 28 fevraldan sonra ən yüksək gündəlik trafik qeydə alınıb. Müharibədən əvvəl boğazdan gündəlik orta hesabla 130 gəmi keçirdi. 28 fevralda başlayan ABŞ/İsrail-İran müharibəsi ilə gəmi keçidləri 78-ə geriləyib və müharibədən əvvəlki səviyyənin 90 faiz altına düşüb.

14 iyunda ABŞ ilə İran arasında müharibənin dayandırılmasını və problemlərin danışıqlar yolu ilə həllini nəzərdə tutan 14 maddəlik razılaşma imzalandıqdan sonra Hörmüz boğazında gəmi trafikində nəzərəçarpan artım yaşanıb. 24 iyunda baş tutan 70 gəminin keçidi gündəlik əsasda 100 faizdən çox yüksəlişi göstərir.

Keçid edən gəmilər arasında əsasən Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, İraq və İran limanlarından hərəkət edən supertankerlər yer alıb. Bu tankerlər ümumilikdə ən azı 11 milyon barel xam neft daşıyır. Bundan əlavə, Birləşmiş Ərəb Əmirliklərindən təxminən 1 milyon barel xam neft daşıyan Yunanıstan bayraqlı Prudent Warrior tankeri Yunanıstana doğru hərəkət edir. Bu, müharibədən sonra Hörmüz boğazından Qərb ölkələrinə həyata keçirilən ilk tədarüklərdən biri kimi diqqət çəkir.

Həmin gün Birləşmiş Ərəb Əmirliklərindən 1,8 milyon bareldən çox çirkli neft məhsulları daşıyan iki neft tankeri və Küveytdən 500 min barel təmiz neft məhsulu daşıyan bir neft tankeri də keçid edib. Boğazdan quru yük, mayeləşdirilmiş neft qazı, taxıl və gübrə daşıyan digər gəmilər də keçib.

Müharibədən əvvəl Hörmüz boğazından gündəlik təxminən 15 milyon barel xam neft və 5 milyon barel neft məhsulu olmaqla, ümumilikdə təxminən 20 milyon barel neft daşınırdı.