İran üç neft tankerini saxlayıb
İstinad edilən indekslər:
İran İnqilab Keşikçiləri Korpusu Hörmüz boğazından icazəsiz keçməyə çalışan üç neft tankerini saxlayıb. İran dövlət televiziyasının məlumatına görə, həmin gəmilər İnqilab Keşikçiləri ilə koordinasiya yaratmadan boğazdan keçməyə çalışıb. Xəbərdarlıqlardan sonra tankerlərin keçidinə icazə verilməyib və gəmilər Fars körfəzinə geri qayıdıb.
Xəbərdə Hörmüz boğazından gəmi keçidlərinin yalnız İranın müəyyən etdiyi marşrut üzrə və İran Silahlı Qüvvələri ilə koordinasiyada həyata keçirilə biləcəyi vurğulanıb. İran lideri Müctəba Xameneinin baş müşaviri Əli Əkbər Vəlayəti bildirib ki, bölgədəki ərəb dövlətlərinin sabitliyi İranın Hörmüz boğazı üzərindəki çoxəsrlik idarəçiliyinə borcludur.
Vəlayəti Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) və ABŞ-ın yaydığı birgə bəyanata reaksiya verərək, bu cür bəyanatların bölgə sakinləri üçün təsəlli məqsədi daşıdığını, lakin onların mövcudluğunun zəif olduğunu bildirib. ABŞ və KƏŞ xarici işlər nazirləri İranla danışıqların davam etməsi və Hörmüz boğazından keçidlərə görə ödəniş alınmaması barədə razılığa gəliblər. Nazirlər bölgədə təhlükəsizliyin təmin edilməsi üçün İranın ballistik raketləri, pilotsuz uçuş aparatları və proksi qüvvələrə verdiyi dəstəyin dayandırılmalı olduğunu vurğulayıblar. Həmçinin Livanda davamlı təhlükəsizlik üçün silahlı qrupların hökumət nəzarətinə alınmalı olduğu ifadə edilib.
Teqlər: