İraq neft limanlarını bağladı

İraq neft limanlarını bağladı

İraqın Bəsrə körfəzində iki neft tankerindən birində partlayış baş verməsindən sonra neft limanlarının bağlandığı bildirilib.

İraqın rəsmi xəbər agentliyi INA-ya danışan İraq Limanlar Baş İdarəsinin rəhbəri Fərhan Fartusi iki neft tankerindən birinin partladığını bildirib. Onun sözlərinə görə, hadisə nəticəsində 31 nəfər xilas edilib, itkin düşən şəxslərin axtarışları isə davam etdirilir.

Fartusi qeyd edib ki, partlayış səbəbindən neft limanları bağlanıb, lakin ticarət limanlarının fəaliyyəti davam edir. O həmçinin tankerlərdən birinin Malta bayrağı altında üzməsini vurğulayıb.

Hücumun kim tərəfindən həyata keçirildiyi hələlik məlum deyil.