Neftin qiyməti 100 dolları keçə bilər
Portfel.az xəbər verir ki, Brent crude markalı neftin qiyməti yaxın günlərdə 100 dollar/bareli keçə bilər. Hal-hazırda bazarda Brent markalı neft təxminən 92 dollar, West Texas Intermediate (WTI) isə 91 dollar ətrafında ticarət olunur.
Ekspertlərin məlumatına görə hazırda boğazdan neft daşımalarının həcmi normal səviyyənin təxminən 10%-i qədər qalıb. Bu isə qlobal enerji təchizatına ciddi təsir göstərir. Müqayisə üçün qeyd edilir ki, bu göstərici 2022-ci ildə Rusiya-Ukrayna müharibəsinin pik dövründəki təchizat problemlərindən təxminən 17 dəfə daha ciddi hesab olunur.
Nəticədə bölgədəki bir sıra böyük istehsalçılar hasilatı azaltmağa başlayıb. Artıq İraq, Küveyt və Birləşmiş Ərəb Əmirlikləri hasilatı məhdudlaşdırıb, növbəti mərhələdə isə Səudiyyə Ərəbistanının da eyni addımı ata biləcəyi ehtimal edilir.
Goldman Sachs bankının proqnozuna görə mövcud gərginlik davam edərsə, neft qiymətləri gələn həftə 100 dolları keçə, ayın sonuna doğru isə 150 dollar/barel səviyyəsinə qədər yüksələ bilər.
Teqlər: