OPEC+ komitəsi Bakıda toplaşdı, neft 4%-dən çox bahalaşdı

OPEC+ komitəsi Bakıda toplaşdı, neft 4%-dən çox bahalaşdı

İstinad edilən indekslər:

OPEC+ Əməkdaşlıq Xartiyasının (CoC) Texniki Komitəsinin ilk iclası Bakıda keçirilir. Tədbirdə OPEC-in Baş katibi Heysəm əl-Qaysın rəhbərlik etdiyi yüksək səviyyəli nümayəndə heyəti iştirak edir. Azərbaycan nümayəndə heyətinə energetika naziri Pərviz Şahbazov rəhbərlik edir.

OPEC-ə üzv dövlətlərin və Əməkdaşlıq Xartiyasında iştirak edən ölkələrin nümayəndələri qlobal enerji mənzərəsinin dəyişdiyi bir vaxtda enerji sektorunda gələcək əməkdaşlığı müzakirə etmək üçün bir araya gəliblər. Komitə iclas zamanı sədr seçkisini də keçirəcək.

İclasdan sonra qlobal neft qiymətlərində artım davam edib, Brent və WTI markalı xam neft 4%-dən çox bahalaşıb. Azərbaycan nefti bir barel üçün təxminən $74 səviyyəsində ticarət olunur.