Qlobal bazarlarda neft qiymətləri artıb

Qlobal bazarlarda neft qiymətləri artıb

Qlobal bazarlarda neft qiymətləri artıb.

Londonda yerləşən Intercontinental Exchange (ICE) birjasında Brent markalı xam neftin qiyməti $8.41 artaraq bir barel üçün $100.36 olub.

Eyni zamanda, New York Mercantile Exchange (NYMEX) birjasında Light crude markalı neftin qiyməti $7.01 yüksələrək $94.26 səviyyəsinə çatıb.

Cümə axşamı Azeri Light markalı neftin qiyməti isə $5.09 və ya 5.60 faiz artaraq bir barel üçün $95.43 səviyyəsində qərarlaşıb.

Azeri Light neftinin ən aşağı qiyməti 21 aprel 2020-ci ildə bir barel üçün $15.81 olub, ən yüksək qiyməti isə 2008-ci ilin iyul ayında $149.66 səviyyəsinə çatıb.