Ərdoğan Azərbaycan üzərindən Orta Dəhlizi inkişaf etdirdiklərini açıqladı

Ərdoğan Azərbaycan üzərindən Orta Dəhlizi inkişaf etdirdiklərini açıqladı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin Orta Dəhlizi Azərbaycan üzərindən inkişaf etdirmək üçün onu Bir Kəmər, Bir Yol təşəbbüsü ilə inteqrasiya etmək üzərində işlədiyini açıqlayıb. Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Plus iclasında çıxış edən Ərdoğan ŞƏT-ə üzv dövlətlərin Qərb bazarlarına çıxışının asanlaşdırılmasında Türkiyənin mühüm rolunu vurğulayıb.

O, enerji dəhlizlərinin şaxələndirilməsində və geosiyasi risklərin idarə olunmasında Türkiyənin həlledici mövqeyini qeyd edib. Ərdoğan bildirib ki, ŞƏT çərçivəsində əməkdaşlıq həyati əhəmiyyət daşıyır. Türkiyə lideri ŞƏT-in təhlükəsiz və fasiləsiz nəqliyyat dəhlizlərinin yaradılmasına, həmçinin enerji təchizatı təhlükəsizliyinin təmin edilməsinə ciddi töhfə verə biləcəyini deyib. O əlavə edib ki, belə əməkdaşlıq təşkilata üzv ölkələrin xalqlarının rifahının yaxşılaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.