Rusiya Ukraynada SOCAR yanacaqdoldurma məntəqəsini vurdu
5 iyulda Rusiya qüvvələri Odessa yaxınlığında, Ukraynanın Nikolayev vilayətində SOCAR yanacaqdoldurma məntəqəsini hədəf alan iki PUA zərbəsi endirib. Birinci zərbə saat 19:16-da, ikinci zərbə isə saat 19:33-də həyata keçirilib. Hər iki hücum “Shahed” pilotsuz uçuş aparatı ilə icra olunub. Yanacaqdoldurma məntəqəsi Nikolayevdən təxminən 30 kilometr məsafədə yerləşən Neçayane kəndindədir.
Zərbələrdən əvvəl monitorinq kanalları 3 iyulda Rusiya hücumlarının Nikolayev bölgəsində logistika obyektləri, yük nəqliyyatı və yanacaqdoldurma məntəqələrini, o cümlədən SOCAR kompleksini hədəf alacağı barədə xəbərdarlıq edib. Yanacaqdoldurma məntəqəsinə dəymiş ziyanın miqyası barədə rəsmi məlumat hələ açıqlanmayıb.