Rusiyada yanacaq satışına məhdudiyyətlər qoyulub
Rusiyanın Sankt-Peterburq və Moskva ətrafındakı bəzi yanacaqdoldurma məntəqələrində benzin və dizel satışına məhdudiyyətlər və qiymət artımları tətbiq edilib. Moskva vilayətindəki bəzi məntəqələrdə müəyyən benzin növlərinin satışı müvəqqəti dayandırılıb. Bəzi məntəqələr yalnız dizel və yüksək oktanlı benzin satır ki, bu da Moskva ətrafında avtomobil növbələrinə səbəb olub.
Yanacaq qiymətləri şirkətlər arasında dəyişir. Paytaxt ətrafındakı bəzi məntəqələrdə qiymətlər litr üçün 80 rubldan təxminən 100 rubla qaldırılıb. Gazpromneft, Lukoil və Rosneft kimi iri neft şirkətlərinin məntəqələrində isə 95 oktanlı benzinin qiyməti litr üçün təxminən 73 rubl səviyyəsində saxlanılıb və satışlar normal davam edir.
Rusiyanın Federal Antiinhisar Xidməti son qiymət artımları ilə bağlı araşdırma elan edib. Moskva hakimiyyəti bildirib ki, şəhərdə yanacaq tədarükü və məntəqələrin fəaliyyəti normal davam edir. Moskva vilayətinin bəzi nöqtələrində müvəqqəti yanacaq çatışmazlığı və növbələr yaransa da, bu problemlərin geniş yayılmadığı qeyd olunub.
Teqlər: