Shell-in Qətərdəki zavodu İran zərbələrindən zədələnib
Xarici mənbələrə istinadən portfel.az xəbər verir ki, İranın həyata keçirdiyi zərbələr nəticəsində Qətərdə yerləşən Shell şirkətinə məxsus Pearl qazdan mayeyə (GTL) zavodu zədələnib.
Məlumata görə zavodda baş verən yanğın qısa müddətdə söndürülüb. Hazırda zərərin miqyası yerli hakimiyyət orqanları və QatarEnergy şirkəti ilə birlikdə qiymətləndirilir.
Qeyd edək ki, Shell Pearl zavodunun 100%-nə sahibdir. Şirkət eyni zamanda Ras Laffan sənaye zonasında yerləşən mayeləşdirilmiş təbii qaz (LNG) zavodunda 30% paya malikdir.
Teqlər: