SOCAR prezidenti OGU-2026-da iştirak edib

SOCAR prezidenti OGU-2026-da iştirak edib

BAKI, Azərbaycan, 13 may. SOCAR prezidenti Rövşən Nəcəf Daşkənddə keçirilən Özbəkistanın 28-ci Beynəlxalq Neft və Qaz Sərgisi və Konfransında (OGU-2026) iştirak edib.

Tədbir çərçivəsində Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev SOCAR prezidenti Rövşən Nəcəfi, bp-nin icraçı vitse-prezidenti Ariel Floresi və bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Covanni Kristofolini qəbul edib.

Tədbir çərçivəsində Rövşən Nəcəf OGU-2026 sərgisini də ziyarət edib.

SOCAR sərgidə öz pavilyonu ilə təmsil olunur. Stenddə ziyarətçilərə SOCAR-ın müxtəlif fəaliyyət istiqamətləri, Azərbaycanda və xaricdə həyata keçirilən əməliyyatlar, neft və qaz kəmərləri sistemləri, yaşıl enerji təşəbbüsləri, rəqəmsal həllər və digər strateji layihələr barədə məlumat təqdim olunur.