SOCAR və TPAO əməkdaşlığı müzakirə olunub

SOCAR və TPAO əməkdaşlığı müzakirə olunub

15 mayda SOCAR prezidenti Rövşən Nəcəf Türkiyə Petrolleri A.O.-nun (TPAO) Xarici layihələr departamentinin rəhbəri Çağrı Şirin və TPAO-nun Azərbaycandakı nümayəndəliyinin rəhbəri Halil Buğra Yavuz ilə görüşüb. Görüşdə SOCAR və TPAO arasında münasibətlərin inkişafı, o cümlədən TPAO-nun ötən il Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən Şəfəq-Asiman strukturunun birgə geoloji kəşfiyyatı və işlənməsi üzrə Hasilatın Pay Bölgüsü Sazişinə qoşulmasının əhəmiyyəti diqqət mərkəzində olub. Tərəflər birgə həyata keçirilən layihələrin icra vəziyyətini nəzərdən keçirib və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.