“Şahdəniz” yatağından 263,2 milyard kubmetr qaz hasil edilib

“Şahdəniz” yatağından 263,2 milyard kubmetr qaz hasil edilib

Azərbaycan Energetika Nazirliyinin məlumatına görə “Şahdəniz” qaz-kondensat yatağından hasilata başlanılmasından bəri 263,2 milyard kubmetr qaz hasil edilib. Hesabat dövründə yataqdan 52,3 milyon ton kondensat da hasil edilib.​

“Şahdəniz” yatağı Azərbaycanın ən böyük qaz-kondensat yataqlarından biridir və Xəzər dənizinin Azərbaycan sektorunda yerləşir. Layihənin uğurlu həyata keçirilməsi Azərbaycanı qlobal qaz ixracatçısı kimi tanınmağa imkan yaratmışdır. Yatağın ümumi qaz ehtiyatı 1,2 trilyon kubmetr, kondensat ehtiyatı isə 240 milyon ton təşkil edir.​