ABŞ-də böyük şirkətlərdə kütləvi iş ixtisarları
ABŞ-da iqtisadi qeyri-müəyyənlik iş axtaranlar üçün vəziyyəti çətinləşdirib. Analitiklər bəzi şirkətlərin yeni işə qəbulları dayandırdığını və ya yalnız müəyyən rollara yönəltdiyini bildirirlər. Eyni zamanda, iri ixtisarlar davam edir və işçilər arasında narahatlıq artır.
Böyük şirkətlərdə ixtisarlar
- Verizon: Təxminən 13,000 işçi ixtisar ediləcək. Şirkət əməliyyatları sadələşdirməyi və strukturunu yenidən qurmağı planlaşdırır.
- General Motors: Michigan və Ohio-da 1,700 işçi ixtisar olunacaq, əlavə müvəqqəti ixtisarlar isə gələn ilin əvvəlində gözlənilir.
- Paramount: $8 milyardlıq Skydance birləşməsindən sonra 2,000 işçi, təxminən işçi heyətinin 10%-i ixtisar olunacaq; əlavə 1,600 mövqe Televisión Federal və Chilevision satışı ilə əlaqədar ləğv ediləcək.
- HP: əməliyyatların səmərəliliyini artırmaq və süni intellekt tətbiqi məqsədilə 4,000-6,000 işçinin ixtisar edilməsi planlanlaşdırılır.
- Amazon: 14,000 korporativ işçi ixtisar ediləcək, şirkət xərclərini azaldarkən süni intellektə investisiya edir.
- UPS: Bu il təxminən 48,000 işçi ixtisar edilib və 93 obyektin gündəlik əməliyyatları dayandırılıb.
- Target: 1,800 korporativ mövqe ixtisar ediləcək.
- Nestlé: xərclərin azaldılması və maliyyə göstəricilərinin yaxşılaşdırılması məqsədilə 16,000 işçi ixtisar ediləcək.
- Lufthansa: süni intellekt və rəqəmsallaşma ilə əlaqədar 4,000 işçi ixtisar ediləcək.
- Novo Nordisk: 9,000 işçi ixtisar olunacaq, şirkət strukturu yenidən qurulacaq və rəqabətə cavab verəcəl.
- ConocoPhillips: İşçi heyətinin təqribən 25%-i xərcləri azaltmaq üçün ixtisar ediləcək.
- Intel: İlin sonunda əsas işçi heyəti 75,000 nəfərə qədər azalacaq.
- Microsoft: 15,000 işçi ixtisar ediləcək, süni intellekt və struktur dəyişiklikləri səbəbindən.
- Procter & Gamble: ümumi işçi heyətinin 6%-i 7,000 işçi ixtisar olunacaq.
Ümumi mənzərə
İxtisarların əsas səbəbləri arasında yüksələn əməliyyat xərcləri, ticarət tarifləri, struktur dəyişiklikləri və süni intellektə investisiyalar yer alır. ABŞ işçiləri iş bazarındakı qeyri-müəyyənliklə üzləşir və bu tendensiya 2025-ci ilin sonuna doğru davam edir.