ABŞ-da açıq iş yerlərinin sayı pandemiyadan bəri ən aşağı səviyyəyə enib
portfel.az xəbər verir ki, ABŞ Əmək Nazirliyi dekabr ayı üzrə JOLTS açıq iş yerləri statistikasını açıqlayıb.
Məlumata görə, ABŞ-da açıq iş yerlərinin sayı dekabrda əvvəlki ayla müqayisədə 386 min azalaraq 6 milyon 542 minə enib. Bu göstərici 2020-ci ilin sentyabr ayından bəri qeydə alınan ən aşağı səviyyə kimi qiymətləndirilib.
Bazar gözləntiləri isə bu dövrdə açıq iş yerlərinin sayının 7 milyon səviyyəsinə yüksələcəyi istiqamətində formalaşıb.
Yekun məlumatlara əsasən, noyabr ayında açıq iş yerlərinin sayı 6 milyon 928 min səviyyəsində olub.
Məlumat ABŞ Əmək Nazirliyi tərəfindən yayımlanan rəsmi JOLTS hesabatında əksini tapıb.
Teqlər: