ABŞ-də istehsalçı qiymətləri gözləntiləri üstələyib
ABŞ-də yanvar ayında istehsalçı qiymətləri (PPI) həm aylıq, həm də illik ifadədə bazar proqnozlarını üstələyərək artıb. Açıqlanan rəsmi statistikaya görə, istehsalçı qiymətləri aylıq müqayisədə 0,5% yüksəlib. Halbuki dekabr ayında artım 0,4% olmuşdu və Bloomberg iqtisadçıları yanvar üçün də 0,4% səviyyəsində artım gözləyirdilər.
Beləliklə, aylıq artım sentyabr ayından bəri qeydə alınan ən yüksək dinamika kimi qeyd olunur və qiymət təzyiqlərinin istehsal zəncirində yenidən gücləndiyinə işarə edir.
İllik müqayisədə isə istehsalçı qiymətləri 2,9% artıb. Bazar gözləntiləri 2,6% səviyyəsində idi ki, bu da faktiki göstəricinin proqnozları aşdığını göstərir.
Ərzaq və enerji qiymətləri istisna olmaqla hesablanan əsas (core) istehsalçı qiymətləri aylıq 0,8%, illik isə 3,6% artıb. Çekirdek göstəricidəki aylıq artım iyul ayından bəri ən yüksək temp kimi qeydə alınıb.
Məlumatlar ABŞ-də inflyasiya təzyiqlərinin hələ də tam səngimədiyini göstərir və bu dinamika Federal Ehtiyat Sisteminin növbəti faiz qərarları baxımından bazar iştirakçıları tərəfindən diqqətlə izlənilir.
Teqlər: