ABŞ Polşadakı hərbi bazaların infrastrukturu üçün 500 milyon dollar ayıracaq

ABŞ Polşadakı hərbi bazaların infrastrukturu üçün 500 milyon dollar ayıracaq

ABŞ Polşadakı hərbi bazaların infrastrukturunun inkişafı üçün 500 milyon dollar ayıracaq. Bu barədə Polşanın müdafiə nazirinin müavini Sezari Tomçik bildirib.

Onun sözlərinə görə, ABŞ Polşada yerləşən dörd bazaya, yəni Drawsko Pomorskie, Powidz, Vrotslav və Lask şəhərlərindəki hərbi obyektlərə 500 milyon dollardan çox investisiya yatırılmasını nəzərdə tutan planı təsdiqləyib. Tomçik bu məlumatı X sosial şəbəkəsində paylaşıb.

Varşava da öz növbəsində 2035-ci ilə qədər Polşadakı ABŞ hərbi obyektlərinə hər il 250 milyon dollar xərcləməyi planlaşdırır.

Hazırda Polşada 10 mindən çox ABŞ hərbçisi yerləşdirilib. Vaşinqton 2022-ci ilin fevralında ölkədəki hərbi kontingentini iki dəfə artırıb.