Almaniyada işsizlərin sayı 3 milyonu keçdi

Almaniyada işsizlərin sayı 3 milyonu keçdi

Almaniyada işsizlərin sayı avqust ayında 3 milyon həddini keçib. Federal Məşğulluq Agentliyinin məlumatına görə, ölkədə işsizlərin sayı iyul ayı ilə müqayisədə 54 min, ötən ilin eyni dövrünə nisbətən isə 36 min nəfər artaraq 3 milyon 61 minə çatıb. İşsizlik səviyyəsi iyulda 6,4 faiz olduğu halda, avqustda 6,5 faiz təşkil edib.

Federal Məşğulluq Agentliyinin sədri Andrea Nahles əmək bazarında ənənəvi mövsümi təsirlərdən əlavə ciddi hərəkətlilik müşahidə olunmadığını bildirib. İyul ayında yay tətili dövrü səbəbindən ilk dəfə 3 milyon həddinin aşılmasından sonra işsizliyin ardıcıl artmasında iqtisadi dalğalanmaların da rol oynadığı qeyd olunur.

İqtisadiyyatda son dövrdə artan böyümə siqnallarının qarşıdakı aylarda əmək bazarına müsbət təsir göstərəcəyi gözlənilir. Lakin hazırda işsizlik səviyyəsindəki yüksəliş əmək bazarında durğunluğun davam etdiyini göstərir.