Alüminium qiymətləri 4 ilin zirvəsində: Yaxın Şərq müharibəsi “black swan” təchizat şoku yaradır
Alüminium qiymətləri 16 aprel tarixində ton başına 3,672 dollara yüksələrək son dörd ilin ən yüksək səviyyəsinə çatıb. Enerji ticarəti şirkəti Mercuria-nın analitiki Nick Snowdon bu vəziyyəti Yaxın Şərq müharibəsi ilə bağlı təchizat pozuntularının yaratdığı “qara qu quşu” (black swan) şoku kimi qiymətləndirir.
Böhranın əsas səbəbi Hörmüz boğazı vasitəsilə keçən alumina (alüminium istehsalı üçün xammal) axınının pozulmasıdır. Körfəz regionunda yerləşən smelterlər (qlobal istehsalın təxminən 9%-ni (7 milyon ton) təşkil edir) fəaliyyətini dayandırmaq riski ilə üz-üzədir.
Mercuria-nın proqnozuna görə ilin sonuna qədər bazarda ən azı 2 milyon ton kəsir yaranacaq. Halbuki görünən ehtiyatlar 1.5 milyon ton, ümumi ehtiyatlar isə təxminən 3 milyon ton səviyyəsindədir. Bu isə bazarın çox sıx “buffer”lə işlədiyini göstərir.
Analitiklər bildirir ki, bu vəziyyət 2000-ci ildən bəri baza metallar bazarında ən ciddi təchizat şoklarından biri ola bilər. Çin istehsalı 45 milyon tonla məhdudlaşdığı üçün əlavə boşluğu doldurmaq çətindir, ABŞ və Avropada isə boş istehsal gücü çox aşağıdır.
Əsas risk odur ki, hətta zavodlar yenidən açılsa belə, onların işləməsi üçün lazım olan alumina axını hələ də qeyri-sabitdir. Bu isə tikinti, nəqliyyat və qablaşdırma sektorlarında ciddi çatışmazlıq və yüksək volatillik riski yaradır.
Teqlər: