Avropa Mərkəzi Bankı fziləri artırmağa tələsmədiyini açıqlayıb

Avropa Mərkəzi Bankı fziləri artırmağa tələsmədiyini açıqlayıb

İstinad edilən indekslər:

Avropa Mərkəzi Bankının (AMB) İdarə Heyətinin üzvü Martins Kazaks AMB-nin gələn ay faizləri artırmağa tələsmədiyini açıqlayıb. Latviyalı rəsmı bildirib ki, Yaxın Şərqdə sülh səylərinin neft qiymətlərini aşağı salması ilə inflyasiya riskləri azalıb. Portuqaliyanın Sintra şəhərində açıqlama verən Kazaks münaqişələrin başa çatdırılması istiqamətində irəliləyişin faiz artımlarına dair əsaslandırmanı zəiflətdiyini qeyd edib.

Kazaks iyun ayında borclanma xərclərinin artırılmasını dəstəklədiyini, lakin iyul və sentyabr ayları üçün faiz artımının qəti olmadığını vurğulayıb. O, ardıcıl faiz artırmaq ehtiyacının əhəmiyyətli dərəcədə azaldığını deyib.

İnflyasiya ilə mübarizədə ehtiyatlı davranmağın vacibliyini vurğulayan Kazaks İranla bağlı şokun ən pis hissəsinin geridə qalmış ola biləcəyinə ümid etdiyini bildirib. O, şokun indiyədək kiçikmiqyaslı olduğunu və əmək bazarında böyük ikinci dərəcəli təsirlər riskinin olmadığını qeyd edib.

Kazaks iqtisadi göstəricilərin izlənməsinin əhəmiyyətinə toxunub. O əlavə edib ki, vəziyyət yaxşılaşarsa, faizlərin artırılmaması ehtimalı da mövcuddur.