Avropanın LNG idxalı 2025-ci ildə rekord səviyyəyə çatdı
2025-ci ildə Avropanın mayeləşdirilmiş təbii qaz (LNG) idxalı rekord həddə yüksəldi. Gas Infrastructure Europe (GIE) məlumatlarına əsaslanan hesablamalarına görə, Avropa terminallarından Avropa İttifaqı qaz nəqliyyat sisteminə ötürülən LNG həcmi 142 milyard kubmetri ötüb. Bu göstərici 2024-cü illə müqayisədə 28% çoxdur.
Dekabr ayında da idxal yeni rekord vurdu. Ay ərzində LNG idxalı 12,7 milyard kubmetr təşkil etdi ki, bu da noyabrla müqayisədə 2%, 2024-cü ilin dekabrına nisbətən isə 21% artım deməkdir.