Avrozonada inflyasiya 3 faizə yüksəlib

Avrozonada inflyasiya 3 faizə yüksəlib

Avrozonada illik inflyasiya aprel ayında 3 faizə yüksəlib. Mart ayında 2,6 faiz olan inflyasiya xidmət sektoru və enerji xərclərindəki artımla aprel ayında 3 faiz səviyyəsinə çatıb. Aylıq əsasda isə inflyasiya 1 faiz olub.

Aprel ayında Avrozonada baza inflyasiyası illik 2,2 faiz, aylıq 0,9 faiz səviyyəsində ölçülüb. Avropa İttifaqı üzrə isə illik inflyasiya 3,2 faiz, aylıq inflyasiya 0,9 faiz kimi qeydə alınıb.

Almaniyada aprel ayı inflyasiyası 2,9 faiz, Fransada 2,5 faiz, İtaliyada 2,8 faiz və İspaniyada 3,5 faiz olub. Bu artımlar xüsusilə xidmət qiymətləri və enerji məhsullarındakı bahalaşmadan qaynaqlanıb.