Azərbaycan enerji sektorunun karbonsuzlaşdırılmasına dair yeni yol xəritəsi təqdim olundu

Azərbaycan enerji sektorunun karbonsuzlaşdırılmasına dair yeni yol xəritəsi təqdim olundu

Energetika Nazirliyi Azərbaycanın elektrik enerjisi sistemini daha təmiz və iqlimə uyğun hala gətirməyi hədəfləyən “Enerji sektorunun dekarbonizasiyasına yönəlmiş siyasət və texnologiyalar üzrə tövsiyələr” adlı sənədi təqdim edib. Sənəd, energetika sahəsinin inkişafına texniki dəstək göstərən “Azərbaycanda elektrik energetikasında aşağı karbonlu həllər” layihəsi çərçivəsində hazırlanıb.

Yol xəritəsi, ölkənin yenilənmiş Milli Müəyyəən Edilmiş Töhfələrinə (NDC 3.0) və daha geniş iqlim hədəflərinə uyğun olaraq elektrik istehsalından emissiyaların azaldılması üçün uzunmüddətli baxışı ortaya qoyur. Sənəd prioritet istiqamətləri və əsas mərhələləri müəyyənləşdirir, aşağı karbonlu enerji sisteminə keçidi sürətləndirmək üçün strateji yanaşma təqdim edir.

Yüksək səviyyəli məqsədlərlə yanaşı sənəd praktik addımları da əhatə edir. Buraya daha təmiz enerji istehsalı texnologiyaları, müasir enerji siyasəti və qanunvericilik islahatları, institusional və tənzimləyici mexanizmlərin gücləndirilməsi, eləcə də məqsədyönlü potensialın artırılması proqramları daxildir. Sənəd eyni zamanda innovasiyanı və sərmayəni cəlb etmək, keçidi iqtisadi cəhətdən dayanıqlı və sosial cəhətdən ədalətli saxlamaq üçün sosial-iqtisadi tədbirlər və investisiya yanaşmalarını vurğulayır.

Təqdimatda Energetika, İqtisadiyyat, Maliyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin nümayəndələri ilə yanaşı, “Azərenerji” ASC, Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi və Enerji Məsələlərini Tənzimləmə Agentliyinin rəsmiləri iştirak ediblər.

Teqlər: