Azərbaycanda neft hasilatı noyabrda 456 min barrelə enib
2025-ci ilin noyabr ayında Azərbaycanda xam neft hasilatı orta hesabla gündə 456 min barrel təşkil edib. Bu barədə OPEC-in rəsmi hesabatında qeyd olunur. Təşkilatın təqdim etdiyi məlumatlara əsasən, bu göstərici oktyabr (458 min barrel) və sentyabr (458 min barrel) aylarına nisbətən azalıb.
OPEC-in hesabatında 2025-ci ilin birinci rübündə Azərbaycanda gündəlik neft hasilatının orta səviyyəsi 466 min barrel, ikinci rübündə 461 min barrel, üçüncü rübündə isə 458 min barrel olaraq qeyd olunub. Bu rəqəmlər il ərzində hasilatda tədricən enmə tendensiyasının davam etdiyini göstərir.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda 23,043 milyon ton xam neft (qaz kondensatı daxil olmaqla) hasil edilib. Bu göstərici əvvəlki ilin eyni dövrünə nisbətən 1,1 milyon ton və ya 4,6% azdır. Hesabat dövründə 22,988 milyon ton xam neft hasil edilib ki, bu da əvvəlki illə müqayisədə 1,1 milyon ton və ya 4,6% azdır.
OPEC-in hesabatı və rəsmi statistik məlumatlar Azərbaycanda xam neft hasilatının 2025-ci ildə davamlı azalma trendi ilə gedir. Bu, həm təbii ehtiyatların tükənməsi, həm də OPEC+ razılaşmaları ilə əlaqədardır.