AZAL Yaxın Şərqdə gərginliklə bağlı Dubay, Doha, Ciddə və Təl-Əviv uçuşlarını dayandırıb

AZAL Yaxın Şərqdə gərginliklə bağlı Dubay, Doha, Ciddə və Təl-Əviv uçuşlarını dayandırıb

Yaxın Şərqdə baş verən son hadisələr və hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən “Azərbaycan Hava Yolları” QSC (AZAL) Dubay, Doha, Ciddə və Təl-Əviv istiqamətləri üzrə bütün sərnişin reyslərini müvəqqəti olaraq dayandırıb. Aviaşirkətin mətbuat xidməti bildirib ki, qərar uçuşların təhlükəsizliyinin təmin olunması məqsədilə qəbul edilib.

AZAL qeyd edir ki, bu istiqamətlər üzrə aviabilet almış sərnişinlər biletlərini heç bir cərimə ödəmədən geri qaytara və ya tarix və marşrut dəyişiklikləri həyata keçirə bilərlər. Naxçıvan istiqamətinə olan reyslər isə hazırda əvvəlcədən təsdiqlənmiş cədvəl üzrə, ştat rejimində icra olunur.

Şirkət mövcud hərbi-siyasi vəziyyəti diqqətlə izlədiyini, beynəlxalq aviasiya tənzimləyicilərinin və müvafiq qurumların tövsiyələrinə uyğun addımlar atdığını, uçuşların təhlükəsizliyi ilə bağlı bütün zəruri tədbirlərin görüldüyünü vurğulayır. Sərnişinlər mümkün dəyişiklər barədə operativ qaydada məlumatlandırılacaq və əlavə suallarla bağlı AZAL-la [email protected] elektron poçt ünvanı vasitəsilə əlaqə saxlaya bilərlər.

Teqlər: