Azərbaycan depozitarı Amerika bankı ilə görüş keçirib
Milli Depozit Mərkəzinin (MDM) İdarə Heyətinin sədri Elçin Əlizadə “Bank of New York Mellon”un (BNY Mellon) Azərbaycanda səfərdə olan nümayəndələri ilə görüş keçirib.
Görüşdə MDM-in Azərbaycanın kapital bazarı ekosistmindəki rolu və inkişaf strategiyası haqqında məlumat verilib. Tərəflər BNY Mellon-un yerli bazarda yeni məhsulların təqdim edilməsindəki potensialı, MDM-in nominal saxlayıcı qismində bankın üzvlüyə qəbulu və hesab açılması istiqamətində gələcək tənzimləmələri müzakirə ediblər.
Qeyd edək ki, MDM-in 2024-2026-cı illəri əhatə edən inkişaf strategiyasında beynəlxalq maliyyə qurumları və depozitarlarla əlaqələrin qurulub inkişaf etdirilməsi prioritetlərdəndir.
Teqlər: