Azərbaycan Ermənistandan ilk mal idxalını həyata keçirdi
Azərbaycan 2026-cı ilin mart ayında Ermənistandan ilk dəfə mal idxal edib.
Dövlət Gömrük Komitəsi-nin açıqladığı məlumatlara əsasən mart ayında Azərbaycan Ermənistan mənşəli 960 ABŞ dolları dəyərində məhsul idxal edib. Bu, iki ölkə arasında rəsmi ticarət statistikasında ilk idxal faktı kimi qeydə alınıb.
2026-cı ilin yanvar-mart aylarında Azərbaycandan Ermənistana ixracın həcmi 5,758 milyon ABŞ dollarına çatıb. Bu göstərici ölkənin ümumi ixracının təxminən 0,96%-ni təşkil edib.
Təkcə yanvar ayında Ermənistana ixrac 2,4 milyon dollar olub və həmin dövrdə idxal qeydə alınmayıb.
Mütəxəssislər iki ölkə arasında ticarətin başlanmasını regionda davam edən sülh prosesləri fonunda mühüm iqtisadi siqnal kimi qiymətləndirirlər. İxrac strukturunda əsas payı dizel yanacağı təşkil edir və indiyədək bu istiqamətdə 6312 ton məhsul göndərilib.
Ümumilikdə Azərbaycanın xarici ticarət dövriyyəsi 2026-cı ilin yanvar-fevral aylarında 6,278 milyard ABŞ dolları, mart ayı əlavə olunduqda isə 6,264 milyard ABŞ dolları səviyyəsində qeydə alınıb.
Teqlər: