Azərbaycan ilə Gürcüstan arasında ticarət dövriyyəsi 214,4 milyon dollar olub
Azərbaycan Gürcüstanın xarici ticarət tərəfdaşları arasında beşinci yerdə qərarlaşıb. Birinci yerdə Türkiyə daha sonra isə Çin, Rusiya və ABŞ gəlir. Gürcüstanın Milli Statistika Xidmətinin məlumatına görə, 2026-cı ilin yanvar–fevral aylarında ölkənin xarici ticarət dövriyyəsi 3,5 milyard dollar təşkil edib. Bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 6,9% azdır.
İdxal azalır, ixrac artır
Hesabat dövründə idxal 2,5 milyard dollar olub və illik müqayisədə 15,4% azalıb.
Eyni zamanda, ixrac əks istiqamətdə hərəkət edərək 22,9% artıb və 1 milyard 26,7 milyon dollara çatıb.
Gürcüstanın mənfi ticarət saldosu 1 milyard 459 milyon dollar təşkil edib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 30,6% azalma deməkdir.
Əsas ticarət tərəfdaşları
Türkiyə Gürcüstanın əsas ticarət tərəfdaşı olaraq qalır. İki ölkə arasında ticarət dövriyyəsi 499,5 milyon dollar təşkil edib ki, bu da ümumi dövriyyənin 14,2%-ni təşkil edir.
İkinci yerdə Çin (457,8 milyon dollar), üçüncü yerdə Rusiya (418,4 milyon dollar), dördüncü yerdə isə ABŞ (237 milyon dollar qərarlaşıb.
Azərbaycanla ticarət
Azərbaycan ilə Gürcüstan arasında ticarət dövriyyəsi 214,4 milyon dollar olub. Bu göstərici ilə Azərbaycan Gürcüstanın xarici ticarət tərəfdaşları arasında beşinci yerdə qərarlaşıb.
Teqlər: