Azərbaycanda binalar üçün enerji səmərəliliyi sertifikatı tələb olunacaq
Azərbaycanda yeni tikilən, yenidən qurulan və ya əsaslı təmir olunan bütün yaşayış və qeyri-yaşayış binaları üçün enerji səmərəliliyi sertifikatının alınması məcburi olacaq.
Prezident İlham Əliyev “Enerji resurslarından səmərəli istifadə və enerji səmərəliliyi haqqında” Qanuna dəyişiklikləri təsdiqləyib. Dəyişikliklərə əsasən enerji səmərəliliyi üzrə məlumat sistemini idarə edəcək, dövlət nəzarətini həyata keçirəcək, auditor reyestrlərini aparacaq, sertifikatlaşdırmanı təmin edəcək və zəruri hallarda məcburi auditlər keçirəcək icraedici orqan müəyyən edilir.
Enerji xidmətləri göstərən subyektlər, xidmətlərin vəziyyəti və enerji səmərəliliyi potensialı barədə məlumatlar ictimaiyyət üçün açıq olacaq. Bu addım şəffaflığı artırmaq və cəmiyyətin maarifləndirilməsini gücləndirmək məqsədi daşıyır.
Teqlər: