Azərbaycanın Türkiyə ilə ticarəti azalıb

Azərbaycanın Türkiyə ilə ticarəti azalıb

2026-cı ilin yanvar-aprel aylarında Azərbaycanın Türkiyəyə ixracı $1.82 milyardı ötüb. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4.9% azalma, yaxud $55 milyondan çox aşağı göstərici deməkdir. Bu müddətdə Azərbaycan Türkiyədən təxminən $765 milyon dəyərində mal idxal edib. İdxalda əvvəlki illə müqayisədə 5.7% azalma, yaxud $46.3 milyon azalma qeydə alınıb. Bu ticarət göstəriciləri Azərbaycanın ümumi ixracının 9.11%-ni, ümumi idxalının isə 13.85%-ni təşkil edib.