Beynəlxalq Valyuta Fondu və Dünya Bankının yaz görüşləri Yaxın Şərqdəki gərginlik fonunda başlayır
Yaxın Şərqdə davam edən müharibənin iqtisadi nəticələri bu həftə Vaşinqtonda keçirilən Beynəlxalq Valyuta Fondu və Dünya Bankının Bahar Toplantılarının əsas mövzusuna çevrilib. Hər iki qurumun qlobal iqtisadi artım proqnozlarını aşağı salacağı və inflyasiya gözləntilərini artıracağı gözlənilir.
Rəsmilər bildirib ki, Hörmüz boğazında yaranan risklər və Körfəz regionuna hücumlar nəticəsində enerji qiymətlərindəki şoklar 2026-cı il üçün artım proqnozlarının azaldılmasına səbəb olacaq. Dünya Bankı artıq inkişaf etməkdə olan ölkələr üzrə artım tempini əvvəlki 4%-dən 3,65%-ə endirib. Münaqişə davam edərsə, bu göstəricinin 2,6%-ə qədər düşə biləcəyi ehtimal olunur. Eyni zamanda, inflyasiya proqnozu 3%-dən 4,9%-ə qaldırılıb.
Enerji idxalından asılı ölkələrin daha ağır zərbə alacağı gözlənilir. Bu ölkələr artan borc yükü, ərzaq təhlükəsizliyi riskləri və zəif iqtisadi artımla üzləşə bilər. Beynəlxalq Valyuta Fondu 20–50 milyard dollar həcmində təcili maliyyə dəstəyinə ehtiyac yaranacağını bildirir. Mövcud müharibə pandemiya və Ukrayna müharibəsindən sonra qlobal iqtisadiyyata təsir edən üçüncü böyük şok kimi qiymətləndirilir və ABŞ-Çin gərginliyi fonunda bərpa prosesini daha da çətinləşdirir.
Böhrana cavab olaraq Beynəlxalq Enerji Agentliyi, Beynəlxalq Valyuta Fondu və Dünya Bankı yardım, borc yüngülləşdirilməsi və islahatların koordinasiyası üçün birgə mexanizm yaradır. Dünya Bankı ilkin mərhələdə 25 milyard dollar ayırmağı, növbəti altı ayda isə bu məbləği 70 milyard dollara qədər artırmağı planlaşdırır. Bununla yanaşı, G20 ölkələri arasında koordinasiya ABŞ-ın Cənubi Afrikanı prosesdən kənarda saxlaması və konsensusun olmaması səbəbindən çətinləşir.
Teqlər: