BlackRock Fed-in faiz kursunu qiymətləndirib
Dünyanın ən böyük aktivlərin idarə edən BlackRock ABŞ əmək bazarında yaxınlaşan təzyiqlərin Fed-i faiz endiriminə getməyə və ya faizləri uzun müddət sabit saxlamağa məcbur edə biləcəyini açıqlayıb. BlackRock-un Asiya-Sakit okean regionu üzrə qlobal sabit gəlir rəhbəri Navin Saigal yeni Fed sədri Kevin Warsh-un rəhbərliyi altında faiz artırımlarının bazarda həddindən artıq qiymətləndirildiyini və bunun “yanlış qiymətləndirmə” olduğunu bildirib.
Saigal süni intellekt (Sİ) yönümlü korporativ kapital xərclərinin iqtisadi aktivliyi dəstəklədiyini, lakin eyni zamanda işçi qüvvəsinin əvəzlənməsinin artması səbəbindən əmək bazarında təzyiq yaradacağını vurğulayıb. Bildirilib ki, bu vəziyyət Fed-i ya faizləri sabit saxlamağa, ya da endirməyə yönəldə bilər.
Qlobal bazarlardakı inflyasiya təzyiqləri və Yaxın Şərqdəki müharibə səbəbindən faizlərin uzun müddət yüksək qalacağı ssenariləri gündəmdə olduğu halda, BlackRock bu gözləntilərə qarşı Fed üçün ən təhlükəsiz strategiyanın gözlə-gör yanaşması ola biləcəyini təklif edib. Saigal qarşıdakı bir il ərzində iqtisadiyyatın istiqamətinə dair aydın məlumat olmadığını, buna görə Fed-in passiv qalmasının rasional olacağını bildirib.