Böyük Britaniya 2040‑cı ildə dünyanın beşinci iqtisadiyyatı olacaq

Böyük Britaniya 2040‑cı ildə dünyanın beşinci iqtisadiyyatı olacaq

Yeni proqnoqlara görə, Böyük Britaniya 2040‑cı ildə Yaponiyanı qabaqlayaraq dünyanın beşinci ən böyük iqtisadiyyatı olacaq. İqtisadiyyat və Biznes Araşdırmaları Mərkəzi (CEBR) bildirib ki, ÜDM 2025‑ci ildə təxminən 4 trilyon dollardan 6.8 trilyon dollara yüksələcək.


Qlobal iqtisadi güc isə şərqə doğru hərəkət edir: ABŞ hələ də birinci qalacaq, amma Çin və Hindistan sürətlə yaxınlaşır. Yaponiyanın altıncı, Almaniyanın isə dördüncü sırada qalacağı gözlənilir.


Lakin bu yüksəliş Britaniyada həyat səviyyəsinin eyni sürətlə artmayacağını göstərir. Adambaşına düşən gəlir artsa da, qlobal sıralamada 19‑cu yerdən 21‑ci yerə geriləyəcək. Hesabatda həmçinin dünya iqtisadiyyatının yaxın illərdə yavaşlama ehtimalı, artan borc və geosiyasi gərginliklərdən təsirlənəcəyi qeyd edilir.