Bu il Azərbaycan-Rusiya ticarət dövriyyəsi 4,5 milyard dollar olub

Bu il Azərbaycan-Rusiya ticarət dövriyyəsi 4,5 milyard dollar olub

Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına görə 2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi 4,508 milyard dollar təşkil edib və illik müqayisədə 3% artım qeydə alınıb.

2024-cü ilin eyni dövründə iki ölkə arasındakı ticarət dövriyyəsi 4,379 milyard dollar olub, bu da illik artımı 2,9% göstərir.

Azərbaycanın Rusiya istiqamətindəki ixracı bu ilin ilk on bir ayında 1,088 milyard dollar təşkil edib (illik 0,4% artım), Rusiyadan idxal isə 3,42 milyard dollar olub (illik 3,8% artım).

Hesabat dövründə Rusiya Azərbaycan üçün İtaliya və Türkiyədən sonra üçüncü ən böyük ticarət tərəfdaşı olub. Rusiya ilə ticarət əməliyyatlarının payı ölkənin ümumi xarici ticarət dövriyyəsinin 10,11%-ni təşkil edib.

Qeyd edək ki, 2024-cü ildə Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi əvvəlki ilə nisbətən 10,1% artaraq 4,799 milyard dollar olub.