Fitch Ukraynanın kredit reytinqini artırıb

Fitch Ukraynanın kredit reytinqini artırıb

Beynəlxalq kredit reytinq agentliyi Fitch Ratings Ukraynanın uzunmüddətli xarici valyutada kredit reytinqini “məhdud defolt” səviyyəsindən “CCC” səviyyəsinə yüksəldib.

Fitch-in yaydığı açıqlamada reytinq artımının əsas səbəbi kimi Ukraynanın borcların yenidən strukturlaşdırılması istiqamətində əldə etdiyi irəliləyiş göstərilib.

Açıqlamada bildirilib ki, Ukraynanın uzunmüddətli xarici valyutada emitent defolt reytinqi “məhdud defolt”dan “CCC”yə qaldırılıb.

Qeyd olunub ki, Fitch adətən reytinqi “CCC+” və ya daha aşağı olan ölkələr üçün reytinq proqnozu müəyyən etmir. Reytinqin yüksəldilməsi Ukraynanın xarici kommersiya kreditorlarının böyük əksəriyyəti ilə münasibətlərinin normallaşmasını əks etdirir.

Açıqlamada həmçinin vurğulanıb ki, Avropa İttifaqının (Aİ) 19 dekabr tarixində Ukraynaya 90 milyard avro məbləğində maliyyə dəstəyi göstərilməsi barədə qərarı ölkənin bir ildən artıq müddət üçün maliyyə ehtiyaclarını qarşılayacaq və qısamüddətli borc dayanıqlılığı risklərini azaldacaq.

Reytinq artımına baxmayaraq, Ukraynanın kredit reytinqi hələ də investisiya üçün yararlı səviyyədən aşağı olaraq qalır.

Teqlər: