İƏİT Avrasiya İdarəsinin rəhbəri ilə Azərbaycan İqtisadiyyat Nazirliyi arasında görüş keçirilib

İƏİT Avrasiya İdarəsinin rəhbəri ilə Azərbaycan İqtisadiyyat Nazirliyi arasında görüş keçirilib

Azərbaycan İqtisadiyyat Nazirliyi İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) Qlobal Əlaqələr və Əməkdaşlıq Direktorluğunun Avrasiya İdarəsinin rəhbəri Vilyam Tompsonla görüş keçirib.

Görüşdə Azərbaycan və İƏİT arasında əməkdaşlığın davamlı inkişafı vurğulanıb. Tərəflər iqtisadi diversifikasiyanın dəstəklənməsi, kiçik və orta sahibkarlığın inkişafı, xarici investisiyaların yerli təchizatçılarla əlaqələndirilməsi, rəqəmsallaşma və digər istiqamətlərdə görülmüş işlərin tərəfdaşlığın praktiki nəticələri olduğunu bildiriblər. Müxtəlif formatlarda keçirilən vebinar, seminar və yüksək səviyyəli görüşlər də əməkdaşlığın inkişafına töhfə verib.

Görüşdə tərəflər gələcək əməkdaşlıq istiqamətlərini, korporativ idarəetmə, maliyyə, ticarət və digər sahələrdə tərəfdaşlıq imkanlarını müzakirə ediblər.