İlham Əliyev Dubaya yeni baş konsul təyin etdi

İlham Əliyev Dubaya yeni baş konsul təyin etdi

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsində dəyişiklik edilib.

Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən, Kamran Vahid oğlu Məmmədzadə Dubay şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin olunub.

Digər Sərəncama əsasən isə Cavidan Rizvan oğlu Hüseynov Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsindən geri çağırılıb.

Müvafiq qərarlar dövlət başçısının imzaladığı sənədlərlə rəsmiləşdirilib.

Teqlər: