Kanada Mərkəzi Bankı faizi 2,25 faizdə saxladı
Kanada Mərkəzi Bankı uçot faiz dərəcəsini 2,25 faiz səviyyəsində sabit saxlayıb. Faiz qərarı iqtisadiyyatın bərpa olunduğu və neft qiymətlərindən qaynaqlanan inflyasiyanın azaldığı qiymətləndirmələri fonunda qəbul edilib. Beləliklə, ardıcıl altıncı iclasda da faiz dərəcəsində dəyişiklik edilməyib.
Mərkəzi Bankın sədri Tiff Macklemin rəhbərlik etdiyi rəsmilər bazar gözləntilərinə uyğun olaraq bu faiz dərəcəsini qoruyub. Pul siyasəti hesabatında Kanada iqtisadiyyatının bir ildir davam edən zəiflikdən sonra yaxşılaşma əlamətləri göstərdiyi bildirilib. Artımın sürətlənəcəyi və inflyasiyanın pik səviyyədən tədricən enəcəyi gözlənilir. Bununla yanaşı, qeyri-müəyyənliklərin davam etdiyi vurğulanıb.
İnflyasiyanın hədəflənən 2 faiz səviyyəsinə enməsi üçün mövcud faiz dərəcələrinin uyğun olduğu qeyd olunub. İdarə Heyəti iqtisadi prosesləri və inflyasiya görünüşünü yaxından izləməyə davam edəcəyini bildirib. Bank zərurət yaranacağı halda pul siyasətini tənzimləməyə hazır olduğunu da açıqlayıb.
Əvvəlki qərarlardan əvvəl Yaxın Şərqdəki münaqişələr və yüksək enerji qiymətləri səbəbindən ardıcıl faiz artımları ola biləcəyi barədə xəbərdarlıq edən Macklem yeni açıqlamasında bu ifadədən imtina edib. O, ABŞ-ın mühüm yeni ticarət məhdudiyyətləri tətbiq edəcəyi halda faiz endiriminin lazım gələ biləcəyinə işarə edib.
Pul siyasəti hesabatında Kanada iqtisadiyyatının 2026-cı ilin ikinci rübündə illik 2,5 faiz, üçüncü rübdə isə 1,5 faiz artım göstərəcəyi gözlənilir. İlin əvvəlində yaşanan zəiflik səbəbindən 2026-cı il üçün artım proqnozu 0,7 faizə endirilib. 2027 və 2028-ci illər üçün artım proqnozları isə 1,8 faiz olaraq yenilənib.
Teqlər: