Kapital Bank 2026-cı ilin I rübündə mənfəətini 119% artırıb
Maliyyə və investisiya xəbər portalı portfel.az xəbər verir ki, Azərbaycanın aparıcı banklarından biri olan Kapital Bank 2026-cı ilin birinci rübü üzrə güclü maliyyə nəticələri açıqlayıb.
2026-cı il martın 31-nə olan göstəricilərə əsasən bankın ümumi aktivləri 11,8 milyard manat səviyyəsinə yüksəlib. Müştərilərə verilən kreditlərin həcmi 5,5 milyard manat, depozit portfeli isə 8,5 milyard manat təşkil edib.
Hesabat dövrünün sonunda risklər çıxıldıqdan sonra kapital 1,2 milyard manat səviyyəsində formalaşıb. Səhm kapitalının ümumi dəyəri isə 256 milyon manat olaraq göstərilib.
Kapital Bank-ın kredit reytinqləri beynəlxalq reytinq agentlikləri tərəfindən təsdiqlənərək bankın bazardakı mövqeyinin sabit və güclü olduğu qeyd edilib.
Bankın xalis mənfəəti illik müqayisədə 119% artaraq 120 milyon manata yüksəlib. Artım əsasən kredit portfelinin genişlənməsi və depozit bazasının güclənməsi ilə izah olunur.
Kapital Bank ölkə üzrə 114 filial və 53 şöbə ilə müştərilərə xidmət göstərir. Bank rəqəmsal kanallar vasitəsilə kredit məhsulları və “Birbank” kartları üzrə müraciətlərin davam etdiyini bildirib.
Teqlər: