Məzuniyyətdən istifadə zamanı işçilərin hüquqi təminatlarında dəyişiklik ediləcək
Milli Məclisin Regional məsələlər komitəsinin dekabrın 3-də keçirilən onlayn iclasında Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb.
Layihəyə əsasən, məzuniyyətdə olduğu müddət ərzində işçinin əmək hüquqlarının təminatı ilə bağlı yeni qayda müəyyən edilir. Hazırda qüvvədə olan qanunvericiliyə görə, məzuniyyətdə olan işçinin iş yeri, vəzifəsi (peşəsi) və Əmək Məcəlləsində nəzərdə tutulan hallarda orta əmək haqqı saxlanılır.
Dəyişiklik layihəsinə görə isə bundan sonra məzuniyyətdə olduğu müddət ərzində işçinin iş yeri, vəzifəsi (peşəsi) və bu Məcəllədə göstərilən hallarda sonuncu əmək haqqından az olmamaqla orta əmək haqqı saxlanılacaq.