Mehriban Əliyeva yeni yaradılmış Rəqəmsal İnkişaf Şurasının sədri təyin olunub

Mehriban Əliyeva yeni yaradılmış Rəqəmsal İnkişaf Şurasının sədri təyin olunub

Azərbaycan Prezidenti İlham Əliyev rəqəmsallaşma, elektron hökumət, süni intellekt və innovasiya sahələrində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı Fərman imzalayıb.

Fərmana əsasən Azərbaycan Rəqəmsal İnkişaf Şurası yaradılıb və onun sədri Birinci vitse-prezident Mehriban Əliyeva təsdiq edilib.

Şuranın üzvləri:

  • Azərbaycan Respublikası Prezidentinin köməkçisi - İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri
  • Azərbaycan Respublikası Prezidentinin köməkçisi - İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri
  • Azərbaycan Respublikası Prezidentinin sosial-iqtisadi məsələlər üzrə köməkçisi
  • Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri
  • Azərbaycan Respublikasının elm və təhsil naziri
  • Azərbaycan Respublikasının ədliyyə naziri
  • Azərbaycan Respublikasının maliyyə naziri
  • Azərbaycan Respublikasının iqtisadiyyat naziri
  • Azərbaycan Respublikası Mərkəzi Bankının sədri
  • Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru.

Şura rəqəmsal inkişaf proqramlarının icrasını nəzarətdə saxlayacaq, siyasətləri əlaqələndirəcək və ekspertləri cəlb edərək təşəbbüslər təklif edəcək. Onun fəaliyyətini Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Katibliyi təşkil edəcək. İllik hesabat isə Prezidentə təqdim olunacaq.