Mərkəzi Bank AniPay tətbiqinin fəaliyyətini dayandırıb

Mərkəzi Bank AniPay tətbiqinin fəaliyyətini dayandırıb

Mərkəzi Bankı 4 mart 2026-cı il tarixindən etibarən AniPay mobil tətbiqinin və anipay.az saytının fəaliyyətini dayandırır.

Qərarın məqsədi rəqəmsal ödənişlər bazarında rəqabəti genişləndirmək və innovativ xidmətlərin inkişafını təşviq etməkdir. Mərkəzi Banl bildirir ki, ani ödəniş funksiyaları artıq bir çox maliyyə institutlarının mobil bank tətbiqlərinə inteqrasiya olunub və istifadəçilər bu xidmətlərdən bank platformaları vasitəsilə yararlana bilirlər.

Qurum hesab edir ki, AniPay platformasının dayandırılması banklar və ödəniş xidməti provayderləri üçün yeni imkanlar yaradacaq. Bu addım bazarda rəqabəti artıraraq daha innovativ və istifadəçi yönümlü həllərin inkişafını sürətləndirəcək.

Bank qeyd edib ki, ödəniş xidmətlərinin inkişafı strategiyası çərçivəsində bazar iştirakçılarının daha fəal rol oynaması təşviq olunur. Qurum rəqəmsal ödəniş ekosistemində sağlam rəqabətin, innovasiyanın və davamlı inkişafın təmin olunmasını prioritet olaraq saxlayacaq.