Moskva və Dehli strateji olaraq bir-birilərinə daha da yaxınlaşır

Moskva və Dehli strateji olaraq bir-birilərinə daha da yaxınlaşır

Rusiya Prezidenti Vladimir Putinin Hindistana səfəri Baş nazir Narendra Modinin dəvəti ilə baş tutub və iki ölkə arasında strateji tərəfdaşlığın gücləndiyini göstərir. Hindistanın iqtisadi eksperti Şarmila Kanthanın sözlərinə görə səfər Moskva və Yeni Dehli arasında ticarət və iqtisadi əlaqələrə yeni impuls verəcək.

O bildirib ki, “Prezident Putinin Hindistana dövlət səfəri iki ölkə arasındakı xüsusi və imtiyazlı strateji tərəfdaşlığı bir daha təsdiqlədi və bu tərəfdaşlığın 25 illiyini qeyd etdi.”

Ekspert qeyd edib ki, liderlərin birgə bəyanatında ilk maddə ticarət və iqtisadi əməkdaşlığa həsr olunub və 2030-cu ilədək ikitərəfli ticarətin 100 milyard dollara çatdırılması məqsədi vurğulanıb. “Ticarətlə bağlı birgə bəyanatda Hindistan və Avrasiya İqtisadi İttifaqı (Aİİ) arasında azad ticarət sazişinin sürətləndirilməsi barədə qısa, amma konkret qeyd yer alır,” Kantha deyib.

Onun sözlərinə görə Hindistanın Rusiyadan idxalının böyük hissəsi indiyə qədər neft, eləcə də bitki yağları və gübrələrdən ibarət olub. “Bu idxal strukturunun şaxələndirilməsi üçün hər iki ölkənin ticarət profillərinə əsaslanan potensial məhsulların detallı təhlili və qeyri-tarif maneələrinin aradan qaldırılması tələb olunur,” – ekspert qeyd edib. Hindistan Rusiyadan almaz, çuqun, polad və qəzet kağızı da alır, amma onların payı nisbətən azdır. O əlavə edib ki, Hindistan Rusiyadan elektronika, mexaniki avadanlıqlar, üzvi kimyəvi maddələr, plastik və digər məhsullar üzrə idxalı əhəmiyyətli dərəcədə artıra bilər.

Kantha həmçinin bildirib ki, “Hər iki hökumət özəl sektorlar arasında əlaqələri daha fəal şəkildə təşviq etməli və bu sahədə dialoq prosesinə biznesləri də cəlb etməlidir.”

Dekabrın 4-5-də Yeni Delhidə Rusiya-Hindistan sammiti keçirilib. Putin ikitərəfli görüşlər aparıb və biznes forumunda iştirak edib. Səfərin nəticəsi olaraq bir sıra ikitərəfli sənədlər imzalanıb.