Riyad və Dəməşq arasında energetika əməkdaşlığı: 650 min barrel neft Suriyaya çatdırılıb

Riyad və Dəməşq arasında energetika əməkdaşlığı: 650 min barrel neft Suriyaya çatdırılıb

Səudiyyə Ərəbistanı Suriyaya əvvəllər razılaşdırılmış yardım paketinin bir hissəsi olaraq ilk neft partiyasını təmin edib. Bu barədə Al Arabiya telekanalı məlumat verib.

650 min barrel neft daşıyan tanker 16 noyabrda Baniyas limanına çatıb. Qeyd edilir ki, bu, ümumi həcmi 1,65 milyon barrel olan qrant çərçivəsində ilk partiyadır.

11 sentyabrda Səudiyyə İnkişaf Fondu və Suriya Energetika Nazirliyi, suriyalı neft emalı zavodlarının effektivliyini və stabilliyini artırmaq məqsədilə qrantın verilməsi barədə razılaşma imzalayıblar.

İyulun sonunda Riyad və Dəməşq energetika sahəsində əməkdaşlıq haqqında anlaşma memorandumuna imza atıb. Memorandum çərçivəsində iki ölkə neft-qaz sektoru, neft-kimya, elektrik enerjisi və bərpa olunan enerji sahələrində qarşılıqlı əməkdaşlığı genişləndirməyi planlaşdırır.