Rusiya ÜDM 2025-ci ilin III rübündə artımı göstərib
Rusiya Federal Dövlət Statistika Xidməti (Rosstat) məlumat verib ki, 2025-ci ilin üçüncü rübündə ölkənin ümumi daxili məhsulu (ÜDM) cari qiymətlərlə 54,5 trilyon rubl (680,8 milyard dollar) təşkil edib.
Fiziki həcm üzrə ÜDM illik müqayisədə 0,6% artıb. Deflyator isə 6,6% yüksəlib.
2025-ci ilin yanvar-sentyabr aylarında ÜDM cari qiymətlərlə 151,8 trilyon rubl (1,9 trilyon dollar) olub. Milli ÜDM-in fiziki həcmi illik müqayisədə 1% artım göstərib.
Teqlər: