Rusiyanın Gürcüstana birbaşa investisiyaları III rübdə iki dəfə artıb
Rusiyadan Gürcüstan iqtisadiyyatına birbaşa investisiyalar 2025-ci ilin üçüncü rübündə 17.5 milyon dollara çatıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə iki dəfə çoxdur. Məlumatı respublikanın Milli Statistika Xidməti açıqlayıb.
Hesabat dövründə Gürcüstana ümumi birbaşa xarici investisiyalar 533.2 milyon dollar təşkil edib. Bu da illik müqayisədə iki dəfə artım deməkdir. Ən böyük investor isə 93.5 milyon dollar ilə ABŞ olub. Daha sonra isə siyahıda İspaniya (72.1 milyon), Türkiyə (70 milyon), Azərbaycan (56.7 milyon) və Malta (50.4 milyon) gəlir.
2024-cü ildə Rusiyanın Gürcüstana investisiyaları 71.4 milyon dollar səviyyəsində idi. Bu il isə birinci rübdə 17.2 milyon, ikinci rübdə 22.1 milyon dollar olub.
Üçüncü rübdə ən çox vəsait daşınmaz əmlak sektoruna (91.7 milyon dollar), nəqliyyata (79.8 milyon dollar) və su təchizatına (71.5 milyon dollar) yatırılıb. Ümumi investisiya həcminin artmasının əsas səbəblərindən biri investor borclarının 372.7 milyon dollar yüksəlməsidir.
Teqlər: